oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru Soros Fondunun Qərbi Afrika nümayəndəsini qəbul etmişdir

04 Oct 2006 11:00:00

Neft Fondunun icraçı direktoru Soros Fondunun Qərbi Afrika nümayəndəsini qəbul etmişdir

04 Oct 2006 11:00:00
2006-cı il oktyabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun Qərbi Afrika Təşəbbüsləri üzrə rəhbəri Nana Tankonu və təşkilatın Azərbaycan ofisinin rəhbəri Fərda Əsədovu qəbul etmişdir. Görüşdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi, bu Təşəbbüsün həyata keçirilməsi üçün hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və Neft Fondunun fəaliyyətində şəffaflığın təmin olunması məsələləri müzakirə olunmuşdur.
Ş. Mövsümov Azərbaycan hökumətinin Təşəbbüsün tətbiqinə böyük önəm verdiyini, Azərbaycanın MHŞT üzrə artıq 4 hesabat açıqladığını və Təşəbbüsün həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası və xarici və yerli hasilat şirkətləri ilə əməkdaşlıq etdiyini bildirmişdir. Azərbaycanın müsbət təcrübəsinin Təşəbbüsə qoşulmuş digər ölkələrdə də istifadə olunmasının vacibliyini vurğulayan Ş. Mövsümov Azərbaycanın bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu qeyd etmişdir.
N. Tanko Azərbaycanın Təşəbbüsə qoşulmuş digər ölkələrdən fərqli olaraq onun tətbiqində əhəmiyyətli uğurlar əldə etməsinin təqdirəlayiq hal olduğunu bildirmişdir.
Görüşdə Neft Fondunun fəaliyyətinə dair qonaqları maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.

Xəbərlərə abunə ol