2006-ci il iyulun 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası kecirilmişdir. Azərbayçan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasizadənin sədrliyi ilə kecirilən iclasda Fondun 2005-ci ildə fəaliyyəti haqqında illik hesabatına, maliyyə fəaliyyətinin auditinin nəticələrinə və ARDNF-nun 2005-cü il büdcəsinin icrasına baxılmışdır.
Müşahidə Şurası Neft Fondunun İcraçı Direktorunun təqdim etdiyi Fondun 2005-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2005-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Ernst ənd Yanq şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin icrasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Baş Nazir cənab A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri secilmişdir.