2006-cı il iyunun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri ilə görüşüb. QHT nümayəndələri Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda həyata keçirilməsi prosesində əldə olunan nailiyyətləri qeyd etmiş və bu sahədə gələcək fəaliyyət barədə təkliflərini vermişlər. Ş. Mövsümov QHT Koalisiyasının MHŞT üzrə hökumət Komissiyası ilə Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində əməkdaşlığına yüksək qiymət verdiyini bildirərək bu əməkdaşlığın davam edəcəyinə inamını ifadə etmişdir. Tanışlıq xarakteri daşıyan görüş konstruktiv şəraitdə keçmiş və Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində apardığı siyasətin bundan sonra da davam etdiriləcəyi qeyd olunmuşdur.