oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Samir Şərifov Neft Fondunun İcraçı Direktoru vəzifəsindən azad edilərək maliyyə naziri təyin olunmuşdur

20 Apr 2006 11:00:00

Samir Şərifov Neft Fondunun İcraçı Direktoru vəzifəsindən azad edilərək maliyyə naziri təyin olunmuşdur

20 Apr 2006 11:00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Sərəncamlarına uyğun olaraq Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının maliyyə naziri təyin edilmişdir.

Cənab Şərifov ARDNF-in icraçı direktoru vəzifəsinə 2001-ci il yanvarın 3-də, Fondun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edildikdən (2000-ci il, 29 dekabr) sonra təyin olunmuşdu. Neft Fondunun yaradılması barədə Fərman 1999-cu il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən imzalanıb.

Xəbərlərə abunə ol