oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

10 Feb 2006 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

10 Feb 2006 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2005-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 660,0 milyon manat, büdcə xərcləri isə 233,0 milyon manat təşkil etmişdir.

2005-ci il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 567,3 milyon manat, o cümlədən mənfəət neftinin satışından 542,6 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 15,6 milyon manat, bonus ödənişlərindən 0,9 milyon manat , akrhesabı ödənişlərdən isə 8,2 milyon manat təşkil etmişdir. Xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən isə 1,5 milyon manat gəlir əldə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sabitləşdirmə hesabından ARDNF-ə daxilolmalar 63, 3 milyon manat təşkil etmişdir. Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 27,9 milyon manata bərabər olmuşdur.

Hesabat ili ərzində ərzində Neft Fondunun 2005-ci il büdcəsinin icrası çərçivəsində 40,4 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 41,0 milyon manat Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 150,0 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir. 2005-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 1,6 milyon manat olmuşdur.

Ötən il ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 91,9 milyon manat, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 88,4 milyon manat, dövlət büdcəsinə köçürülmüş mənfəət vergisinin miqdarı isə 3,5 milyon manat təşkil etmişdir.

2005-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik – hesabat valyutasi üzrə (Azərbaycan manatı) -5.69% , baza valyutasi üzrə (ABŞ dollari) isə 2,79% təşkil etmişdir.

2005-ci il yanvarın 1-ə Fondun aktivləri 1 280,4 manata (təqribən 1 394 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol