oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun aktivlərinin həcmi 2 milyard ABŞ dollarını keçdi

06 Aug 2007 04:54:00

Dövlət Neft Fondunun aktivlərinin həcmi 2 milyard ABŞ dollarını keçdi

06 Aug 2007 04:54:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, Fondun aktivlərinin həcmi ilk dəfə olaraq 2 milyard ABŞ dolları səviyyəsini keçmiş və 3 avqust 2007-ci il tarixinə Fondun vəsaiti 2 064,3 milyon ABŞ dolları təşkil etmişdir.

Milli Neft Strategiyasının uğurla reallaşması sayəsində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta potensialı, o cümlədən Dövlət Neft Fondunun vəsaiti günbəgün artır. 2001-ci ildə Neft Fondunun açılış balansı 270 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda Fondun vəsaitinin 2 milyard səviyyəsini keçməsi məhz milli liderimiz Heydər Əliyevin banisi olduğu neft strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ölkənin iqtisadi inkişafının sürətləndirilməsində, mühüm sosial-iqtisadi problemlərin həllində, habelə strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondunun rolu ildən-ilə daha da artır. Belə ki, 2001-2007-ci illər ərzində Fondun 2,5 milyard ABŞ dolları məbləğində vəsaiti hesabına sosial-iqtisadi inkişaf layihələri və dövlət proqramları maliyyələşdirilmiş, habelə dövlət büdcəsinə transfertlər edilmişdir.

Xəbərlərə abunə ol