oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru ABŞ hökumətinin nümayəndələrini qəbul etmişdir

08 Feb 2007 03:26:24

Neft Fondunun İcraçı Direktoru ABŞ hökumətinin nümayəndələrini qəbul etmişdir

08 Feb 2007 03:26:24
2007-ci il fevralın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Amerika Birləşmiş Ştatları hökumətinin nümayəndə heyətini qəbul etmişdir.

Şahmar Mövsümov ABŞ hökumətinin təmsilçilərinə ARDNF-nin fəaliyyətinə, Azərbaycanda neft sazişlərinin həyata keçirilməsi nəticəsində əldə edilən vəsaitlərin səmərəli idarə olunmasına, Azərbaycanın beynəlxalq Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsində lider ölkə olaraq fəaliyyət göstərməsinə dair məlumatlar vermiş və qonaqların suallarını cavablandırmışdır.

Görüşdə ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin ABŞ və Avrasiya ölkələrinə yardım məsələləri üzrə koordinatoru Tomas Adams, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) direktorunun Avropa və Avrasiya ölkələri üzrə müavini Duqlas Menarçik, ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa üzrə direktoru Daniel Stein, ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun ölkə üzrə nümayəndəsi Stefani Altman-Vinans, USAİD-in Qafqaz ölkələri üzrə missiya direktoru Robert Uilson, ABŞ Dövlət Departamentinin Azərbaycan şöbəsinin rəhbəri Leyn Bahl və USAİD-in Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak etmişlər.

Xəbərlərə abunə ol