oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu informasiya siyasətini açıqlamışdır

05 May 2007 09:42:00

Dövlət Neft Fondu informasiya siyasətini açıqlamışdır

05 May 2007 09:42:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) özünün informasiya siyasətini açıqlamışdır. Fondun icraçı direktoru Şahmar Mövsümov tərəfindən 2007-ci il aprelin 20-də təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnformasiya siyasəti" adlı sənəd "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.

Sənəddə informasiya siyasətinin əsas prinsipləri, informasiya siyasətinin məqsədinə uyğun olaraq Fondun əsas vəzifələri, Fondun informasiya siyasətinə əsasən ictimaiyyəti məlumatlandırmalı olduğu məlumatların təsnifatı öz əksini tapıb.

Xəbərlərə abunə ol