oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq olunub

17 May 2007 02:30:00

Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq olunub

17 May 2007 02:30:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il mayın 16-da Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə, Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayev, Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Müşahidə Şurasının üzvləri təsdiq ediliblər.

Eyni zamanda, sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 855 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilib

Xəbərlərə abunə ol