Alliance Factors şirkətinin mütəxəssisləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) "Public Key Infrastructure" (PKI) texnologiyasına miqrasiya prosesinin ikinci mərhələsi çərçivəsində SWIFT kompleksinin modernləşdirilməsini həyata keçirmişlər.
Dövlət Neft Fondunda SWIFTNet-ə miqrasiyanın ikinci mərhələsi çərçivəsində SWIFTAlliance Entry, SWIFTAlliance Starter Set, SWIFTNet Link proqram təminatlarının 6.0 səviyyəsinə kimi yeniləşdirilməsi və mövcud PKI sertifikatlarının HSM-ə ( Hardware Security Module ) keçirilməsi üçün işlər aparılmışdır.
Bu əməliyyatlar ARDNF-nin bu və növbəti illərdə SWIFTNet-lə müvəffəqiyyətli işi üçün mühüm əhəmiyyət kəsb edir və 2008-ci ildə miqrasiya prosesinin ikinci mərhələsi çərçivəsində həyata keçiriləcək Relationship Management Application proqram təminatının maneəsiz tətbiqini təmin edəcək.
Xatırladaq ki, 2006-cı ilin iyununda Neft Fondunda "Public Key Infrastructure" texnologiyasına miqrasiya prosesinin ikinci mərhələsinə hazırlıq çərçivəsində SWIFTAlliance Starter Set proqramı tətbiq olunmuşdu.
Baş qərargahı Moskvada yerləşən Alliance Factors şirkəti SWIFT-in regionda səlahiyyətli, xidmət göstərən tərəfdaşıdır.