oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru Lüksemburqun iqtisadiyyat və xarici ticarət nazirilə görüşüb

14 Jun 2007 09:42:00

Neft Fondunun icraçı direktoru Lüksemburqun iqtisadiyyat və xarici ticarət nazirilə görüşüb

14 Jun 2007 09:42:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2007-ci il iyunun 13-də Bakıda səfərdə olan Lüksemburqun iqtisadiyyat və xarici ticarət naziri Jenat Krekenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Dövlət Neft Fondunun fəaliyyəti, vəsaitinin idarə olunması, maliyyələşdirdiyi layihələr müzakirə olunub. Ş. Mövsümov Neft Fondunun ölkədə makroiqtisadi sabitliyin qorunmasında və mühüm social və infrastruktur layihələrin həyata keçirilməsində rolu barədə danışıb. O, Fondun vəsaitlərinin xarici maliyyə bazarlarında yerləşdirilməsi, idarəetmə strategiyası barədə ətraflı məlumat verib. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün tətbiqində Azərbaycanın liderliyi də görüşün müzakirə mövzusu olunub.

Lüksemburqun Dövlət İxracatının Sığortası Şirkətinin sədri Eten Reyter, İqtisadiyyat və Xarici Ticarət Nazirliyinin, Lüksemburq Böyük Hersoqluğu Ticarət Palatasının, Fond Sənayesi Assosiasiyasının təmsilçilərinin və bu ölkənin 10-a yaxın iş adamının iştirak etdiyi görüşdə Neft Fondunun fəaliyyətinə dair qonaqları maraqlandıran digər məsələlər də müzakirə olunub.

Xəbərlərə abunə ol