oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu Thomson Financial Limited ilə Baş Mühasibat Kitabı (Mühasibat Sistemi) üzrə müqavilə imzalamışdır

29 Jun 2007 09:42:00

Dövlət Neft Fondu Thomson Financial Limited ilə Baş Mühasibat Kitabı (Mühasibat Sistemi) üzrə müqavilə imzalamışdır

29 Jun 2007 09:42:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Baş Mühasibat Kitabı (Mühasibat Sistemi) proqram təminatı üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən keçirilmiş açıq tenderin qalibi Thomson Financial Limited ilə 2007-ci il iyunun 22-də müqavilə imzalayıb.

Baş Mühasibat Kitabı (Mühasibat Sistemi) üzrə müqavilənin dəyəri 182,675 ABŞ dolları təşkil edir. Sistem üzrə proqram təminatının tətbiqinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Thomson Financial Limited maliyyə təşkilatlarına investisiyaların idarə olunması və bank xəzinədarlığı üzrə proqram təminatı və texnoloji xidmət göstərən, beynəlxalq nüfuzlu şirkətdir.

Xəbərlərə abunə ol