oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu jurnalistlər üçün müsabiqə elan edir

15 Jul 2007 12:06:00

Dövlət Neft Fondu jurnalistlər üçün müsabiqə elan edir

15 Jul 2007 12:06:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu neft gəlirlərinin şəffaf idarə olunması, beynəlxalq Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi və Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi məqsədilə jurnalistlər üçün "Ən yaxşı təhqiqat yazısı" müsabiqəsini elan edir.

Mövzular:

1. Neft Fondunu BMT-nin Dövlət Qulluğu Mükafatına layiq görülməsinə aparan nailiyyətlər.

2. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi Azərbaycana nə verdi?

3. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın Azərbaycan vətəndaşının həyatında rolu.

Mükafatlar:

1-ci yer - 250 AZN

2-ci yer - 150 AZN

3-cü yer - 100 AZN

Qaliblərə pul mükafatları ilə yanaşı ARDNF-nin sertifikatları da veriləcək.

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyən şəxs təhqiqat yazılarının hazırlanmasında ən azı 2 il iş təcrübəsinə malik olmalı və tanınmış mətbu orqanını təmsil etməlidir.

Müsabiqəyə qoşulmuş jurnalistlərin yuxarıda göstərilmiş mövzular üzrə yazıları 2007-ci il iyulun 16-dan oktyabrın 15-dək olan müddət ərzində yerli və ya beynəlxalq mətbuatda çap olunmalıdır. Müsabiqənin iştirakçıları aşağıdakı sənədləri 2007-ci il oktyabrın 31-dək hər iş günü 10:00-dan 18:00-dək Neft Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə təqdim edə bilərlər:

1. www.oilfund.az internet səhifəsindəki "Mətbuat guşəsi" bölümündən əldə edilərək doldurulmuş ərizə forması;

2. Mətbuat orqanı tərəfindən verilmiş vəsiqənin surəti;

3. Müəllifi olduğu materialın dərc olunduğu qəzetin nüsxəsi.

Müsabiqəyə təqdim olunan yazıların dərc olunduğu sütunda "Bu material Dövlət Neft Fondu tərəfindən keçirilən Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi məqsədilə "Ən yaxşı təhqiqat yazısı" müsabiqəsinə təqdim olunur" cümləsi qeyd edilməlidir.

Müsabiqənin nəticələri 2007-ci il oktyabrın 31-dən sonra açıqlanacaq.

Münsiflər Heyəti

Cahangir Məmmədli - BDU-nun jurnalistika kafedrasının dekanı, İctimai

Televiziyanın Yayım Şurasının sədri

İbrahim Məmmədli - Mətbuat Şurasının üzvü, Zərdabi Mətbuat Mərkəzinin

sədri

Sabit Bağırov - İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin Prezidenti,

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının

üzvü

Adil Məmmədov - Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye

Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə katibliyin başçısı

Mövzularla bağlı faktları Neft Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən əldə etmək mümkündür.

Əlaqə:

Tel: 498 6534 (birbaşa)

498 7753 (daxili 132)

Xəbərlərə abunə ol