2007-ci il iyulun 20-də Azərbaycan Respublikası Dövlət Neft Fonduna "Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" perspektivli sahəsinin təşviqatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası hökuməti ilə xarici hasilat şirkətləri arasında imzalanmış sazişə uyğun olaraq, 45 milyon dollar həcmində bonus ödənlimişdir.
Bu saziş üzrə ilk bonusun ödənilməsi Neft Fondunun 2006-cı il büdcəsində nəzərdə tutulsa da, "Şahdəniz" yatağında hasilatın gecikməsi səbəbindən bonus cari ildə ödənilmişdir.
"Sahdəniz" layihəsinin iştirakçıları BP Exploration Azerbaijan Ltd, Statoil Azerbaijan A.S, AzShah Deniz Ltd, TOTAL E&P Ltd, LUKOIL OVERSEAS Shah Deniz Ltd, NICO və TPAO şirkətləridir.