oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini "Deloyt ənd Tuş" MMC həyata keçirəcək

20 Aug 2007 02:30:00

ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini "Deloyt ənd Tuş" MMC həyata keçirəcək

20 Aug 2007 02:30:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq, xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdir.

Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş "Deloyt ənd Tuş" MMC müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir.

Xəbərlərə abunə ol