2007-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna "Xəzər dənizinin Azərbaycan sektorundakı D-222 perspektivli Azərbaycan blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası hökuməti ilə xarici hasilat şirkətləri arasında imzalanmış sazişə uyğun olaraq, LUKOIL OVERSEAS Ltd şirkəti tərəfindən 20 milyon dollar həcmində bonus ödənilmişdir.
Bu saziş üzrə bonusun ödənilməsi Neft Fondunun 2007-ci il büdcəsində nəzərdə tutulmuşdur.
D-222 layihəsinin iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ ONŞ) və LUKOIL OVERSEAS Ltd şirkətləridir.