Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2007-ci il noyabrın 27-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) iqtisadiyyat üzrə baş məsləhətçisi Arnold Harberqeri qəbul etmişdir.
Görüşdə Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması barədə qonaqlara məlumat vermişdir.
Görüşdə eyni zamanda ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.