oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru Kamboca hökumətinin nümayəndə heyətini qəbul etmişdir

12 Feb 2008 11:00:00

Neft Fondunun icraçı direktoru Kamboca hökumətinin nümayəndə heyətini qəbul etmişdir

12 Feb 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il fevralın 11-də Kamboca Krallığının İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Katibi Hanq Çuon Naronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunmaq üçün Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsi barədə qonaqlara məlumat vermiş və onların suallarını cavablandırmışdır.

Cənab H.Ç. Naron Dövlət Neft Fondunun nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi və ABŞ-ın Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu tərəfindən tərtib olunmuş 28 ölkənin 32 maliyyə qurumu arasında vəsaitlərin idarə olunması və şəffaflığın təmin edilməsi göstəricilərinə görə reytinq cədvəlində 7-ci yeri tutması münasibətilə Ş. Mövsümovu təbrik etmiş və Fondun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Xəbərlərə abunə ol