2008-ci il yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə 2007-ci ilin nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının payına düşən 16,5 milyon dollar məbləğində ilk dividend ödənilmişdir.
2006-cı ildən işləməyə başlamış Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin artıq növbəti ildə ilk dividendlər verməsi layihənin uğurlu olmasını və Azərbaycan karbohidrogenlərinin dünya bazarına nəqlinin təmin edilməsi üçün ən optimal layihə olduğunu bir daha sübut edir.
Dividend ödənişi Neft Fondunun 2008-ci il büdcəsində nəzərdə tutulmuşdur.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinin iştirakçıları AzBTC, Hess, BP, ConocoPhillips, Eni, İnpex, İtochu, Statoil, Total, TPAO və Unocal şirkətləridir.