oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru ABŞ senatoru Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

14 Jan 2008 11:00:00

Neft Fondunun icraçı direktoru ABŞ senatoru Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

14 Jan 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il yanvarın 14-də ABŞ senatoru Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunmaq üçün Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsi barədə qonaqlara məlumat vermiş və onların suallarını cavablandırmışdır.

Senator R. Luqar Dövlət Neft Fondunun nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmiş və Fondun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Xəbərlərə abunə ol