oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun aktivlərinin həcmi 5 milyard ABŞ dollarını keçdi

04 Jun 2008 11:00:00

Dövlət Neft Fondunun aktivlərinin həcmi 5 milyard ABŞ dollarını keçdi

04 Jun 2008 11:00:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, Fondun aktivlərinin həcmi ilk dəfə olaraq 5 milyard ABŞ dolları səviyyəsini keçmiş və 4 iyun 2008-ci il tarixinə Fondun vəsaiti 5050 milyon ABŞ dolları təşkil etmişdir.

Milli Neft Strategiyasının uğurla reallaşması sayəsində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta potensialı, o cümlədən Dövlət Neft Fondunun vəsaiti günbəgün artır. 2001-ci ildə Neft Fondunun açılış balansı 270 milyon ABŞ dolları təşkil etdiyi halda, hazırda Fondun vəsaitinin 5 milyard səviyyəsini keçməsi məhz milli liderimiz Heydər Əliyevin banisi olduğu neft strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ölkənin iqtisadi inkişafının sürətləndirilməsində, mühüm sosial-iqtisadi problemlərin həllində, habelə strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində Dövlət Neft Fondunun rolu ildən-ilə daha da artır.

Xəbərlərə abunə ol