oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru Norveçin Neft və Energetika Nazirinin müavini xanım Liv Monika Stubholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

03 Jun 2008 11:00:00

Neft Fondunun İcraçı Direktoru Norveçin Neft və Energetika Nazirinin müavini xanım Liv Monika Stubholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

03 Jun 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il iyunun 3-də Norveçin Neft və Energetika Nazirinin müavini xanım Liv Monika Stubholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin uğurla tətbiq edilməsi, qiymətləndirmə prosesi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi geniş müzakirə edilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Norveç Fondu arasında oxşar və fərqli cəhətlər, həmçinin bu iki Fond arasında gələcək münasibətlərin inkişafı barədə məsələlərə dair ətraflı söhbət aparılmışdır.

Xəbərlərə abunə ol