oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

"GDF SUEZ Eksploreyşn Kaspian B.V."şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

06 Oct 2009 11:00:00

"GDF SUEZ Eksploreyşn Kaspian B.V."şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

06 Oct 2009 11:00:00

2009-cu il oktyabrın 2-də Azərbaycanda fəaliyyət gцstərən "GDF SUEZ Eksploreyşn Kaspian B.V." şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla "GDF SUEZ Eksploreyşn Kaspian B.V." şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on birinci hesabat dövrü (2009-cu ilin birinci yarısı) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 27-yə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha beş şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO və Apsheron Investments Ltd şirkətləri qoşulub.

Xəbərlərə abunə ol