oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru ABŞ-ın Enerji Departamentinin Katibinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

05 Oct 2009 11:00:00

Neft Fondunun İcraçı Direktoru ABŞ-ın Enerji Departamentinin Katibinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

05 Oct 2009 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il oktyabrın 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Enerji Departamentinin Katibinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.

D.Poneman Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Görüşdə eyni zamanda Azərbaycan və ABŞ arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Suveren Fondlar, ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xəbərlərə abunə ol