oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir

16 Sep 2009 11:00:00

MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir

16 Sep 2009 11:00:00

2009-cu il sentyabrın 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın iclası keçirilmişdir. Komissiyanın sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələlərlə bağlı Komissiya üzvlərinə məlumat vermişdir.

İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında Razılaşma sənədi müzakirə edilmişvə sənədin imzalanmasının mümkünlüyü qeyd edilmişdir.

Ş. Mövsümov 14-15 oktyabr 2009-cu il tarixlərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasının Bakıda keçiriləcəyinə dair iclas iştirakçılarına məlumat vermiş və bu tədbir ərəfəsində keçiriləcək dəyirmi masada MHŞT üzrə Komissiyanın üzvlərini fəal iştirak etməyə dəvət etmişdir.

İclasda Azərbaycanda fəaliyyət göstərən yeni mədən hasilatı şirkətlərinin MHŞT prosesinə cəlb edilməsinə dair qərar qəbul edilmişdir.

Xəbərlərə abunə ol