2009-cu il yanvarın 12-də Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə qiymətləndirmə prosesini həyata keçirəcək Coffey International Development şirkəti ilə MHŞT tərəfləri - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası arasında görüş keçirildi.
Görüşdə Qiymətləndirmə prosesinə dair məsələlər, Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində təcrübəsi müzakirə edildi.
Bu həftə ərzində qiymətləndirici şirkət ilə MHŞT tərəfləri arasında bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. 2009-cu ilin yanvar ayının sonunda Azərbaycanda MHŞT üzrə qiymətləndirmə prosesinin başa çatdırılması və qiymətləndiricinin prosesə dair hesabatının açıqlanması nəzərdə tutulur.