oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

09 Jul 2010 11:00:00

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

09 Jul 2010 11:00:00

2010-cu il iyulun 9-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2009-cu il büdcəsinin icrası, Fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2009-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2009-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.

Müşahidə Şurası təqdim olunmuş Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.

Baş Nazir A.Rasi-zadə 2010-cu il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.

Xəbərlərə abunə ol