oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul etmişdir

24 Sep 2010 11:00:00

Neft Fondunun İcraçı Direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul etmişdir

24 Sep 2010 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2010-cu ilsentyabrın 24-də Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvlərini qəbul etmişdir.

Ş. Mövsümov Azərbaycanın neft tarixi, Milli Neft Strategiyası, hasilatın pay bölgüsü sazişləri, Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.

Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.

Xəbərlərə abunə ol