2008-ci ilin oktyabr ayında Suveren Fondların Beynəlxalq İşçi Qrupu bu Fondlar üçün "Santyaqo Prinsipləri" adı ilə tanınan Ümumi Qəbul olunmuş Prinsip və Normalar-ı (ÜQPN) qəbul etmişdir.
Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) üzvü olan Azərbaycan Respublikası Dövlət Neft Fondu ÜQPN-in müəyyən edilməsində və hazırlanmasında yaxından iştirak etmişdir.
ÜQPN-in əsas məqsədi Suveren Fondlar üçün uyğun idarəetmə və hesabatlılığın təşkil edilməsi, eləcə də həmin Fondlar tərəfindən həyata keçirilən investisiyaların məqsədyönlü və düzgün əsaslara söykənməsini əks etdirən ümümi qəbul olunmuş prinsip və normaları təyin etməkdir.
"Santyaqo Prinsipləri"-nin 24-cü prinsipinə əsasən ARDNF ÜQPN-nin tətbiqi ilə bağlı ilk hesabatını ictimaiyyətə açıqlayır və onu illik əsasda nəzərdən keçirməyi planlaşdırır.
Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətlərinin anlaşılmasını asanlaşdırmaqdır.
Daha ətraflı məlumat üçün bax: http://www.oilfund.az/SOFAZ_self-assessment(az).pdf