13 İyul 2001
Devid Ştern
----------------------
Büdcədənkənar Neft Fondunun yaradılmasına dair Beynəlxalq Valyuta Fondu ilə müqavilənin imzalanmasından sonra Azərbaycan Neft gəlirlərindən əldə olunan valyutanın toplanması və xərclənməsi istiqamətində bir çox addımlar atmışdır.
Bu günə qədər Neft Fondunda 368 milyon ABŞ dolları toplanmışdır. Neft rəsmilərinin dediyinə istinadən 2006-cı ilə qədər ölkə təkcə neftdən ildə 1 milyard ABŞ dolları əldə edəcəkdir.
Beynəlxalq Valyuta Fondunun rəsmiləri yoxsulluğun azaldılması və ölkədə inkişafı stimullaşdırmaq məqsədi ilə Azərbaycana 100 milyon ABŞ dolları məbləğində üç illik kreditin ayrılmasını təsdiq etdilər, bunun da 10 milyon dolları dərhal istifadə üçün nəzərdə tutulmuşdur.
Kreditin ayrılmasının iki əsas şərtini hökümətin ölkədə sərvətlərin yenidən bölgüsündə qeyri-mütənasibliyin aradan qaldırılmasına yönəldilən uzun-müddətli proqramın qəbul edilməsi və Neft Fondunun vəsaitlərinin idarə olunması məqsədi ilə müvafiq hüquqi qaydaların qəbul edilməsi təşkil etmişdir.
Ötən il Azərbaycan bir sıra tələbləri yerinə yetirə bilmədiyinə görə Beynəlxalq Valyuta Fondu ölkəyə 22 milyon dollarlıq sonuncu tranşı maliyyələşdirməkdən imtina etmişdir.
Bu ilin əvvəlində isə Azərbaycan və Beynəlxalq Valyuta Fondunun rəsmiləri arasında Neft Fondunun quruluşu barədə gedən müzakirələr zamanı yaranan fikir ayrılıqları danışıqların düyünə düşməsi təəssuratını yaradırdılar.
Neft Fondu ölkənin büdcəsi ilə ümumiləşdirilir və Fondun xərcləri dövlət xəzinədarlığı vasitəsi ilə həyata keçiriləcəkdir.
Beynəlxalq Valyuta Fondunun və Azərbaycanın rəsmiləri ümidvardılar ki, milyardlarla dolların iqtisadiyyata dərxal daxil olmadan ayrıca toplanması, neft gəlirlərinin sürətli artımından ölkədə yarana biləcək sabitsizləşdirici effektdən qorunmasına şərait yaradır.
Azərbaycanın Neft Fondu analoci institusional qurumu olan Kazaxstanı da çox yaxından izləyir. Ötən ay, Fondun müdiriyyəti, başda Samir Şərifov olmaqla, Neft Fondunun investisiya qoyuluşunun subyektlərinin təsnifatını verməklə, Fondun valyuta vəsaitinin idarə edilməsi haqqında qaydaları dərc etdirmişdir.
Bu yaxınlarda ölkədə Fondun valyuta vəsaitinin idarə edilməsi üçün menecerin seçilməsi məqsədi ilə tenderin keçirilməsi planlaşdırılır. Neft Fondu tərəfindən rüblük və illik hesabatlar dərç ediləcək və Fondun fəaliyyəti beynəlxalq audit şirkətləri tərəfindən təftiş ediləcəkdir. Lakin, vəsaitin hansı layihələrə xərclənəcəyi və bunların üzərində nəzarətin hansı şəkildə həyata keçirilməsi məsələsi aydın deyil.
Bu yaxınlarda Transparency International, riskin idarəedilməsi qrupu tərəfindən Azərbaycan düyanın 10 ən korrupsiyalı dövlətləri sırasına daxil edilmişdir ki, bu da öz növbəsində ölkədə bölüşdürülən vəsaitlərin itə bilməsi haqqında ehtimalları daha da artırır.
Mütəxəssislər eyni zamanda Prezident Heydər Əliyevin Fond ətrafında həyata keçirdiyi sıx nəzarətdən narahatdırlar.
-----------------------------------------------
Financial Times, 13 İyul 2001-ci il