oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Qazaxıstan hasilat sənayesində şəffafliğin təmin olunmasinda Azərbaycanin təcrübəsindən istifadə etmək niyyətindədir - AZƏRTAC (05.10.2005)

05 Oct 2005 17:07:00

Qazaxıstan hasilat sənayesində şəffafliğin təmin olunmasinda Azərbaycanin təcrübəsindən istifadə etmək niyyətindədir - AZƏRTAC (05.10.2005)

AzərTAc “Qazaxıstan Today” agentliyinə istinadla xəbər verir ki, oktyabrın 5-də Almatıda hasilat sənayesində şəffaflığın təmin edilməsi haqqında təşəbbüsə qoşulmaq barədə Qazaxıstan hökuməti ilə neftçıxaran şirkətlər arasında memorandum imzalanacaqdır. Bunu oktyabrın 4-də Almatıda keçirilən brifinqdə respublikanın energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik bildirmişdir.

Memorandumun imzalanması üçün filiz-mədən sektorunun 13 şirkəti və neft-qaz hasilatı sektorunun 48 şirkəti müəyyən edilmişdir.

Nazir demişdir ki, bu təşəbbüs həyata keçirilərkən Qazaxıstan Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir. Belə ki, Azərbaycanda dövlət komissiyası ilə şirkətlər arasında qarşılıqlı anlaşma haqqında müvafiq memorandum imzalanmışdır.

Xatırladaq ki, hasilat sənayesində şəffaflıq təşəbbüsünü Böyük Britaniyanın Baş naziri Toni Bleyer 2002-ci ilin sentyabrında Yohannesburqda keçirilən davamlı inkişafa dair ümumdünya zirvə toplantısında irəli sürmüşdür.