oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bu gün Dövlət Neft Fondunun yaranmasından 8 il keçir

29 Dec 2007 17:22:00

Bu gün Dövlət Neft Fondunun yaranmasından 8 il keçir

Bu müddət ərzində fonda 5 milyard dollar daxil olub

Bu gün Dövlət Neft Fondunun yaranmasından 8 il keçir. Bu müddət ərzində fonda 5 milyard dollar daxil olub ki, onun da tam yarısı qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına xərclənib. Dövlət Neft Fondu gələn il də vəsaitlərin böyük bir hissəsini əsasən qaçqın və məcburi köçkünlərin sosial - iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldəcək. Fondun icraçı direktoru Şahmar Mövsümovun verdiyi məlumata görə, bundan başqa təmsil etdiyi qurum digər ümummilli layihələri də maliyyələşdirəcək.

Belə ki, köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına 145 milyon manat, Oğuz Qəbələ su kəməri layihəsinin başa çatdırılması layihəsinə 211 milyon manat, Samur-Abşeron su kanalı layihəsinin başa çatdırılması üçün 120 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinə transfer 1 milyard 100 milyon manat təşkil edəcək . Gənclərin xaricdə təhsilinə isə 5 milyon manat ayrılacaq.

Ötən 8 il ərzində neft fondunun imkanları və ölkə iqtisadiyyatında oynadığı rol da böyüyüb. Yaradılan zaman - 1999-cu ildə cəmi 270 milyon dollar pul olan fondda indiyədək 5 milyard dollar daxil olub. Bu il təsdiqlənən proqrama əsasən vəsaitlərin tam yarısı dollarda saxlanacaq. Belə ki, idarəetmə qaydalarına uyğun olaraq yeni kompozisiya qəbul olunb. Həmin vəsaitlərin 50 faizi ABŞ dolları kimi, 40 faizi avro kimi, 5 faizi Böyük Britaniya funt-sterlinqi kimi saxlanılır. Qalan 5 faizlik hissə isə bu 3 valyuta arasında bərabər bölünüb.

Xatırladaq ki, digər neft ölkələrində olduğu kimi, Azərbaycanın Dövlət Neft Fondu da neft gəlirlərinin gələcək nəsillər arasında ədalətli bölüşdürülməsini təmin etmək məqsədilə yaradılıb. Bundan başqa Azərbaycanda neft fondu neft pullarının iqtisadiyyata mənfi təsirini aradan qaldırmalı, yəni manatın həddindən çox möhkəmlənməsinə yol verməməklə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına yardım etməlidir. Dövlət Neft Fondu hesab edir ki, gələcəkdə də vəsaitlərin böyük bir hissəsi əhalinin sosial problemlərinin həllinə və ölkənin inkişafını nəzərdə tutan layihələrə yönəldiləcək