oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Dövlət Neft Fondu beynəlxalq renkinqdə 4-cü yeri tutub - APA-Economics (12.05.2008)

12 May 2008 17:25:00

Azərbaycan Dövlət Neft Fondu beynəlxalq renkinqdə 4-cü yeri tutub - APA-Economics (12.05.2008)

12.05.2008

Bakı. Elmin İbrahimov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərin idarə olunması və şəffaflığın təmin edilməsi göstəricilərinə görə dünya üzrə fəaliyyət göstərən maliyyə qurumlarının qiymətləndirilməsi üçün tərtib edilmiş renkinqdə 4-cü yeri tutub.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, Suveren Fondlar İnstitutunun təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanmış «Linaburq-Meduel Şəffaflıq İndeksi»ndə (Linaburg-Maduell Transparency Index) maliyyə vəsaitlərinin idarə edilməsi ilə məşğul olan 41 qurumun fəaliyyəti 10 meyar üzrə 10 ballıq şkala ilə qiymətləndirilib. Renkiqdə ilk yeri Yeni Zelandiya Pensiya Fondu, ikinci yeri Norveç Dövlət Pensiya Fondu, üçüncü yeri isə Avstraliyanın Gələcək Fondu tutub. Azərbaycan Dövlət Neft Fondu isə 9 balla 4-cü yerdə qərarlaşıb. ARDNF şəffaflıq üzrə renkinq cədvəlində 37 analoji fondu, o cümlədən Cənubi Koreya, ABŞ, Çin, İrlandiya, Küveyt, Sinqapur, Səudiyyə Ərəbistanı, Rusiya, Çili, Qazaxıstan kimi ölkələri qabaqlayıb.

Xatırladaq ki, ARDNF 1999-cu ildə yaradılıb və onun vəzifəsi Azərbaycan hökumətinin beynəlxalq neft-qaz sazişlərinin reallaşdırılmasından əldə etdiyi gəlirləri toplamaq və səmərəli idarə edilməsini həyata keçirməkdir.