oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Fransanın "Valeurs actuelles" jurnalında Azərbaycana dair məqalə dərc edilmişdir - (16.09.2010)

16 Sep 2010 11:36:00

Fransanın "Valeurs actuelles" jurnalında Azərbaycana dair məqalə dərc edilmişdir - (16.09.2010)

Fransanın "Valeurs actuelles" jurnalında 16 sentyabr 2010-cu il tarixində Azərbaycana dair məqalə dərc edilmişdir. Məqalədə Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında məlumat verilmişdir.

Azərbaycan Respublikası

Avropa qapıları ilə üzbəüz Asiya artımı

...Neft gəlirlərinin səmərəli istifadəsi növbəti illər ərzində sürətli inkişafı öncədən görmək üçün imkan yaradır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları ilin sonuna qədər 20 milyard dollar olmalıdır. Beynəlxalq bazarlarda bu pullar investisiya edilir (məsələn dövlət qiymətli kağızlarına). ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov qeyd edir ki, "Bizim fəaliyyətimizin aparılmasının keyfiyyəti və şəffaflığı məlumdur. Şübhəsiz ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün normalarının həyata keçirilməsində biz ən qabaqcıl ölkəyik. Biz beynəlxalq maliyyə bazarlarının strukturunu mükəmməl bilən yüksək səviyyəli mütəxəssisləri işə götürürük." Fond öz sərmayelərindən aldığı vəsaitləri əhalinin həyat şəraitini yaxşılaşdıran və gələcəyi təmin edən layihələrə qoyur (su ilə təmin olunma, Bakı-Tbilisi-Ceyhan neft kəməri, xarici ölkələrdə təhsil alan Azərbaycan gəncləri üçün təqaüd...) "Bizim ehtiyatlarımız sürətlə artır və ARDNF-dən beynəlxalq meydana arxalanan təşkilat yaradır. Şahmar Mövsümovun sözlərinə görə bizim proqnozlarımıza əsasən 3 ildən sonra ehtiyatlarımız 30 milyard, 5 ildən sonra 50 milyard və 10 ildən sonra 100 milyard dollara çatacaq."...

Məqaləni tam şəkildə fransız dilində qeyd edilən linkdə oxuya bilərsiniz:http://www.valeursactuelles.com/photos/3851/VERITAS.pdf