Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsinə dəyişikliklər edildi.
Fərmana uyğun olaraq, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, eyni zamanda 2010-cu il üçün dövlət büdcəsindədəyişikliklər edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, Neft Fondunun 2010-cu il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərilə bağlı gəlir maddəsi5 564 476,9 min manatdan 8 615 782,1 min manata qədər, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 241 936,0 min manatdan 250 002,7 min manata qədərartırıldı, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər ilə bağlı 9 640,8 min manat məbləğində gəlir maddəsi əlavə edildi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert ilə bağlı xərc maddəsi 4 915 000,0 min manatdan 5 915 000,0 min manata qədər artırıldı və müvafiq olaraq Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin ümumi həcmi5 963 126,7 min manatdan9032139,4 min manata qədər, xərcləri 5428431,2 min manatdan 6428431,2 min manata qədərartırıldı.