Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2008-ci il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2008-ci ildə Fondun gəlirləri 3 609 361,0 min manat, xərcləri1 680 853,6 min manat təşkil etməsi nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:
N | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və siğorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 3 473 109,6 |
2. | Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) | 13 423,2 |
3. | Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər | 121 928,2 |
4. | Digər gəlirlər və daxilolmalar | 900,0 |
Cəmi | 3 609 361,0 |
Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
№ | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
1. | Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 145 000,0 |
2. | Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinə transfert | 1 100 000,0 |
3. | Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi | 211 820,0 |
4. | Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 120 600,0 |
5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 88 682,0 |
6. | 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi | 5 000,0 |
7. | Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 9 751,6 |
Cəmi | 1 680 853,6 |
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.