Azərbaycan Respublikası Prezidentinin 18 may 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası təsdiq edilib.
Sərəncama uyğun olaraq, Neft Fondunun 2015-ci il büdcəsinin icrası gəlirləri 7 721 084,9 min manat, xərcləri isə 9 187 826,9 min manat olmaqla təsdiq edilib.