Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin icrası təsdiq edilmişdir.
Sərəncama uyğun olaraq, Neft Fondunun 2006-cı il büdcəsinin 985 938,7 min manat və ya 15,4% artıq gəlirlə, xərclərinin 981 375,9 min manat və ya 4,4% kəsirlə icrası təsdiq edilmişdir.