oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2005-cü il üçün büdcəsi təsdiq edildi (01.03.2005)

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev2005-ci il 1 mart tarixli Fərmanıilə Dövlət Neft Fondunun 2005-cü il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2005-ci ildə Fondun gəlirləri 1078033,3 milyon manat, xərcləri 1072871,0 mln. manat nəzərdə tutulur.

Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:


NGəlir mənbələriGəlirlərin məbləği
(milyon manat)
1Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)849 562,5
2Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər43 438,5
3Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər73 875,0
4Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər110 664,8
5Digər gəlirlər və daxilolmalar492,5

Cəmi1 078 033,3


Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:


NXərc istiqamətləriXərclərin məbləği
(milyon manat)
1Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi202 000,0
2Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər105 000,0
3Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə transfer750 000,0
4Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər15 871,0

Cəmi1 072 871,0

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.