oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2019-cu il büdcəsi təsdiq edildi (28.12.2018)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2019-cu il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təşkil etməsi nəzərdə tutulur.

Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:

Sıra №-si
Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)


2.1.



Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)


13 218 752,6

2.2.


Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri


4 692,0


2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər


19 040,0


2.4.


Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər


1 442 495,1


2.5.


Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar


765 170,0



Cəmi


15 450 149,7



Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si

Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi

11 364 300,0

3.3.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

30 938,4


Cəmi

11 595 238,4

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.