oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2020-ci il büdcəsi təsdiq edildi (29.12.2019)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manat, xərcləri isə 11 589 910,3 min manat məbləğində təşkil etməsi nəzərdə tutulur.


Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:

Sıra No-si
Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)
2.1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla )
10 563 404,5
2.2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri
4 692,0
2.3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
19 380,0
2.4.Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
1 031 271,7
2.5.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar
765 340,0

Cəmi12 384 088,2

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra No-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)
3.1.Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
200 000,0
3.2.Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi
11 350 000,0
3.3."2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi
10 000,0
3.4.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
29 910,2

Cəmi11 589 910,3

Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedura uyğun olaraq həyata keçirilmişdir.