oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin icrası təsdiq edilib.

Sərəncama uyğun olaraq, ARDNF-nin 2022-ci il büdcəsinin icrası gəlirləri 16 866 540,3 min manat, xərcləri isə 7 988 335,2 min manat olmaqla təsdiq edilib.