oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2023-cü il büdcəsi təsdiq edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 990 947,2 min manat, xərcləri isə 11 392 336,5 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:


Sıra

№-si


Gəlir mənbələri

Gəlirlərin məbləği (min manat)




2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlər in satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)




6 571 387,3

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

4 307,8

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir

23 590,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

1 590 905,4

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

800 756,7


Cəmi

8 990 947,2


1.Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:


Sıra

№-si


Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi

11 280 000,0


3.2.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi


38 515,0



3.3.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi



36 720,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməs i ilə bağlı xərclər

37 101,5


Cəmi

11 392 336,5


1.“2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

2.“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2022-ci il