oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsinə dəyişikliklər edilib.

Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar ARDNF-nin 2024-cü il üzrə büdcə gəlirləri 12 073 255,5 min manatdan 14 109 215,6 min manata qədər, büdcə xərcləri isə 12 900 232,5 min manatdan 12 904 943,4 min manata qədər artırılıb.

Müvafiq olaraq, karbohidrogenlərin satışından əldə olunan xalis gəlirlər 8 146 218,8 min manatdan 10 197 589,6 min manata qədər, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı investorlar tərəfindən ödənilən bonuslar 767 244,4 min manatdan 775 887,1 min manata qədər artırılıb, eyni zamanda neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə nəqlinə görə gəlirlər 24 223,4 min manatdan 170,0 min manata qədər azaldılıb.

Eyni zamanda, Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üzrə xərclər 33 526,0 min manatdan 38 237,9 min manata qədər artırılıb, gənclərin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üzrə xərclər isə 47 460,0 min manatdan 47 459,0 min manata qədər azaldılıb.