Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsinin icrası təsdiq edilib.
Sərəncama uyğun olaraq, ARDNF-nin 2024-cü il büdcəsinin icrası gəlirləri 18 038 986,6 min manat, xərcləri isə 12 896 361,8 min manat olmaqla təsdiq edilib.