12 oktyabr 1983-cü ildə anadan olmuşdur.
2000 - 2004-cü illər Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, iqtisadçı
2004-2005-ci illər ABŞ-ın Klark Universiteti, Maliyyə üzrə magistr
2014-cü il ABŞ-ın Harvard Universitetinin Biznes Məktəbində investisiyaların idarəolunması üzrə ixtisaslaşma proqramı
2018-ci il ABŞ-ın Stanford universitetinin Biznes məktəbində idarəetmə üzrə ixtisaslaşma proqramı
İngilis, rus
Evlidir, iki övladı var.
2006 -2009-cu illər Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya departamentində müxtəlif vəzifələrdə çalışıb.
2009-2014-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya departamentinin direktor müavini vəzifəsində çalışıb.
2014-2020-ci il 2 mart tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb.
2 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.