1961-cı ildə anadan olmuşdur.
1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib.
Evlidir, üç övladı var.
1983 - 1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası), iqtisadçı
1991 - 1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini
1995 - 2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor
2001 - 2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
2003 - 2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri
2006-cı il aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri
Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.