Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə ARDNF təsis edildi.
ARDNF-nin Əsasnaməsi təsdiq edildi.
270,9 milyon ABŞ dolları məbləğində ilk vəsait ARDNF-nin hesabına köçürüldü.
ARDNF-yə İcraçı direktor təyin edildi.
ARDNF-nin valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar təsdiq edildi.
ARDNF-nin illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları təsdiq edildi.
ARDNF-nin ilk illik büdcəsi təsdiq edildi.
ARDNF tərəfindən ilk layihənin, "Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər"in maliyyələşdirilməsinə başlanıldı.
ARDNF-nin Müşahidə Şurasının tərkibi təsdiq edildi.
ARDNF-nin Müşahidə Şurasının ilk iclası keçirildi.
BTC əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə start verildi.
İlk dəfə ARDNF-nin illik maliyyə fəaliyyətinin auditi keçirildi.
ARDNF-dən dövlət büdcəsinə ilk transfert həyata keçirildi.
Azərbaycan hökuməti MHŞT-yə qoşulma qərarını bəyan etdi.
MHŞT üzrə hökumət Komissiyası yaradıldı.
MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı MHŞT tərəfləri arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı.
Azərbaycan hökuməti MHŞT üzrə ilk hesabatını açıqladı.
ARDNF-nin aktivlərinin həcmi ilk dəfə 1 milyard ABŞ dollarını keçdi.
BTC-nin Azərbaycan Respublikası ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.
“Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi” və “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihələrinin maliyyələşdirilməsinə başlanıldı.
Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına vəsait yönəldildi.
ARDNF-nin vəsaitləri hesabına “Bakı–Tbilisi–Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə başlanıldı.
ARDNF-yə Şahdəniz layihəsi üzrə ilk mənfəət ödənişi edildi.
ARDNF-yə BMT-nin "Dövlət xidmətində şəffalığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafatı təqdim edildi.
ARDNF-nin aktivlərinin həcmi ilk dəfə 2 milyard ABŞ dollarını keçdi.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə başlanıldı.
ARDNF-nin aktivlərinin həcmi ilk dəfə 10 milyard ABŞ dollarını keçdi.
ARDNF-yə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə ilk dividend ödənildi.
Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edildi.
Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edildi.
ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində Suveren Fondların Beynəlxalq Forumunun ilk iclası keçirildi.
Prezident İlham Əliyevin iştirakı ilə Fondun yeni inzibati binasının təməlqoyma mərasimi keçirildi.
ARDNF-nin yaradılmasının 10 illiyi tamam oldu.
ARDNF-nin bir sıra əməkdaşları "Tərəqqi" medalı ilə təltif edildi.
ARDNF-nin loqosu hazırlandı.
ARDNF ilk dəfə özəl səhmlərə investisiyalara başladı.
"Oğuz-Qəbələ-Bakı" su kəməri istismara verildi.
MHŞT üzrə Çoxtərəfli Qrupun ilk iclası keçirildi.
ARDNF tərəfindən Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı ilk hesabat təqdim edildi.
ARDNF-nin investisiya siyasətində dəyişikliklər edildi.
AÇG-yə 485 mln. ABŞ dolları dəyərində sərmayə yatırıldı.
ARDNF-nin aktivlərinin həcmi ilk dəfə 30 milyard ABŞ dollarını keçdi.
ARDNF ilk dəfə olaraq qızıl, səhmlər və daşınmaz əmlaka investisiyalara başladı.
İnvestisiya portfelinə Türkiyə lirəsi, Avstraliya dolları və Rusiya rublu kimi yeni valyutalar əlavə edildi.
ARDNF-nin Facebook və Twitter sosial şəbəkələrində rəsmi səhifəsi açıldı.
ARDNF-nin təşkilatçılığı ilə “Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə” mövzusunda konfrans keçirildi.
Sidneydə keçirilən MHŞT üzrə Beynəlxalq Konfransda Azərbaycan MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin yenidən üzvü seçildi.
ARDNF aldığı qızılı Azərbaycana gətirməyə başladı.
ARDNF Beynəlxalq Maliyyə Korporasiyasının Katalizator Fonduna sərmayə yatırmağa başladı.
ARDNF Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal İnfastruktur Fonduna sərmayə yatırmağa başladı.
Prezident İlham Əliyevin iştirakı ilə ARDNF-nin yeni inzibati binasının açılış mərasimi keçirildi.
ARDNF-nin İcraçı direktoru Bank VTB ASC-nin Müşahidə Şurasına üzv seçildi.
ARDNF-nin investisiya siyasətinə dəyişiklik edildi: Səhmlərin payı artırılaraq 5%-dən 10%-ə qaldırıldı, sabit gəlirli qiymətli kağızların payı isə 85%-dən 80%-ə endirildi.
İlk dəfə səhm indekslərinin Fondun daxili resursları hesabına idarə edilməsinə başlanıldı.
"Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu.
"Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə vəsait yönəldildi.
Tokioda daşınmaz əmlaka investisiya edildi.
İnvestisiya portfelinə Çin yuanı əlavə edildi.
ARDNF-nin təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirildi.
ARDNF-nin inzibati binası BREEAM tərəfindən “Yaxşı” dərəcəsi ilə qiymətləndirildi.
ARDNF-nin investisiya siyasətinə yeni dəyişikliklər edildi: Səhmlərin payı 10%-dən 15%-ə qaldırıldı, daşınmaz əmlakın payı 5%-dən 10%-ə qaldırıldı, sabit gəlirli qiymətli kağızların payı isə 80%-dən 70%-ə endirildi.
Alternativ maliyyə alətlərinə olan investisiyaların payı artdı.
Prezident İlham Əliyevin Fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (HSŞK) yaradıldı.
ARDNF-nin investisiya siyasətinə yeni dəyişikliklər edildi: Səhmlərin payı 15%-dən 25%-ə qaldırıldı, sabit gəlirli qiymətli kağızların payı isə 70%-dən 60%-ə qədər azaldıldı.
Səhmlərə və daşınmaz əmlaka investisiyaların payı artdı.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu"nun rəsmi açılışı oldu.
"Star" neft emalı kompleksinin rəsmi açılışı oldu.
Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusu istismara verildi.
Qızıla investisiyaların payı artdı.
ARDNF-nin İcraçı direktoru Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvü seçildi.
Oktyabr 11
ARDNF dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edildi.
Dekabr 12
ARDNF-nin rəsmi internet səhifəsi yeniləndi.
05 aprel
ARDNF-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi.
26 aprel
ARDNF-nin aktivlərinin həcmi tarixində ilk dəfə 40 milyard ABŞ dollarını keçdi.
ARDNF-nin investisiya siyasətinə yeni dəyişikliklər edildi: Qızıla investisiyaların payı 5%-dən 10%-ə qaldırıldı, sabit gəlirli qiymətli kağızların payı isə 60%-dən 55%-ə qədər azaldıldı.
İnvestisiya portfelinin ümumi illik gəlirliliyi ilk dəfə olaraq 5%-i keçdi.
12 iyun
Türkiyədə TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi mərasimi keçirildi.
26 sentyabr
ARDNF-nin təşkilatçılığı ilə Bakıda "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfrans keçirildi.
26 dekabr
ARDNF-nin bir sıra əməkdaşları Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni və Tərəqqi medalları ilə təltif edildi.
29 dekabr
ARDNF-nin yaradılmasının 20 illiyi tamam oldu.
03 mart-AR Prezidentinin Sərəncamı ilə Rövşən Cavadov İcraçı direktorunun müavini vəzifəsinə təyin edildi.
01 sentyabr-Bəhruz Bəhramov İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edildi.
03 noyabr- Seulda yerləşən daşınmaz əmlak- Payn Avenyu A Qülləsi 521,5 milyard Koreya vonu müqabilində satılmışdır.
Fevral
Suveren Fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-nin nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi və 2019-cu ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində ARDNF 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşmışdır.
28 yanvar
ARDNF tərəfindən ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilmişdir.
12 sentyabr
ARDNF rəhbərliyi Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Prezidenti xanım Odile Renaud-Basson və geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirilmişdir.
14 sentyabr
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının Vitse-Prezidenti Cənab Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
25 oktyabr
Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə təşkilatçılığı ilə mətbuat nümayəndələri üçün "İcmal büdcənin formalaşmasında ARDNF-nin rolu”, ”Qlobal iqtisadi trendlər və ARDNF-nin investisiya fəaliyyəti" və “Uçot dərəcəsi qərarının iqtisadiyyata təsirləri” mövzularında təlim keçirilmişdir.
14-17 noyabr
Suveren Fondların Beynəlxalq Forumunun 14-cü illik iclası ARDNF-nin həmtəşkilatçılığı ilə 14-17 noyabr tarixlərində “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” (”Mobilising Capital for Change”) başlığı altında Bakıda təşkil olunmuşdur.