oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (14.07.2011)

Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il üçün büdcə gəlirlərinin və xərclərinin dəqiqləşdirilməsini, eləcə də Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı həyata keçirilən tədbirlərin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihələrinin vaxtında icrasını təmin etmək, Dövlət Neft Fondunun inzibati binasının tikintisini sürətləndirmək və beynəlxalq təşkilatlara üzvlük haqqı ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün Fondun 2011-ci il büdcə xərclərində müvafiq dəyişikliklər aparmaq məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 365 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1065) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “9 132 941,0” rəqəmləri “12 796 172,0” rəqəmləri ilə, “6 886 155,4” rəqəmləri “9 939 985,3” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli məsrəfləri, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

12 137 044,0

2.

Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar

101 666,0

3.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

131 992,0

4.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1 688,0

5.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8 920,0

6.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar

17 600,0

7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

396 362,0

8.

Digər gəlirlər və daxilolmalar

900,0


Cəmi

12796 172,0

1.3.3-cü hissədə verilmiş cədvəlin “Xərclərin məbləği (min manat)” sütununun 1-ci sətrində “110 000,0” rəqəmləri “140 000,0” rəqəmləri ilə, 2-ci sətrində “6 480 000,0” rəqəmləri “9 203 200,0” rəqəmləri ilə, 4-cü sətrində “110 000,0” rəqəmləri “200 000,0” rəqəmləri ilə, 5-ci sətrində “80 215,1” rəqəmləri “260 800,0” rəqəmləri ilə, 7-ci sətrində “57 494,3” rəqəmləri “87 539,3” rəqəmləri ilə əvəz edilsin və xərclərin məbləğinin cəmi göstərilən sətirdə “6 886 155,4” rəqəmləri “9 939 985,3” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,14 iyul 2011-ci il