oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28.12.2006)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na uyğun olaraq qərara alıram:

1.Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri 1 555 739,6 min manat, xərcləri 977 066,9 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra №-si

Göstəricilər

Min manatla

Gəlirlər

1 555 739,6


O cümlədən


1

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

1 429 724,2

2

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

5 561,6

3

Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

14 620,0

4

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

17 200,0

5

Digər gəlirlər və daxilolmalar

200,0

6

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

55 067,4

7

Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdan satış qiyməti arasındakı fərqdən ödənişlər

33 366,4

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si

Göstəricilər

Min manatla


Xərclər

977 066,9


O cümlədən


1

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

124 161,0

2

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinə transfert

585 000,0

3

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi

183 620,0

4

Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

76 900,0

5

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

7 385,9




4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Ilham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2006-cı il.